UEFA Millətlər Liqasında İsveç yığması ilə qarşılan Azərbaycan millisi rəqibinə 1:3 hesabı ilə məğlub olub.
Yenicag.az xəbər verir ki, C Liqasının I qrupunun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşünün 65-ci dəqiqəsində hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub.
Rəqibin heyətində Viktor Qyökeres 80-ci dəqiqədə penaltidən fərqi daha da artırıb. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.
***
UEFA Millətlər Liqasında Azərbaycan – İsveç matçına start verilib.
Yenicag.az xəbər verir ki, görüş C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.