Azərbaycan klublarının gəlirləri açıqlandı

media-hightechnic-468x90

Azərbaycanın Premyer Liqa klublarının ötənilki maliyyə gəlirləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat AFFA-nın 2025/2026-cı illər mövsümü ilə bağlı klubların lisenziyalaşdırılması üzrə hesabatında verilib.

Hesabata əsasən, “Qarabağ” 2024-cü ildə Premyer Liqanın ən çox gəlir əldə edən klubu olub. Ağdam təmsilçisinin gəliri 30,8 milyon manatdan 34,7 milyon manata yüksəlib. “Neftçi” də gəlirlərini 20 milyon manatdan 28,6 milyon manata çatdırıb.

“Sabah” 2023-cü ildəki 22,8 milyon manatlıq göstəricini 2024-cü ildə 26,9 milyon manata yüksəldib. “Zirə”də isə cüzi artım olub. Komandanın gəliri 9,3 milyon manatdan 10,9 milyon manata qədər artıb.

“Sumqayıt”ın gəliri 6,1 milyon manatdan 9,1 milyon manata, “Araz-Naxçıvan”ın gəliri 2,8 milyon manatdan 6,2 milyon manata, “Turan Tovuz”un gəlirləri 5,1 milyon manatdan 6,1 milyon manata yüksəlib.

Bununla yanaşı, bəzi klubların gəlirlərində azalma qeydə alınıb. “Şamaxı”nın gəliri 5,5 milyon manatdan 3 milyon manata düşüb. “Səbail”in gəliri isə 9,2 milyon manatdan 7,7 milyon manata enib.

Ümumi olaraq, klubların gəlirlərində əvvəlki mövsümə nisbətən təxminən 19 faiz artım müşahidə olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa