2023/2024-cü illər mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və UEFA Avropa Konfrans Liqasında iştirak edən klublar üçün UEFA tərəfindən ayrılmış pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
AFFA-dan Yenicag.az-a verilən məlumata görə, UEFA “Qarabağ” Futbol Klubuna (FK) beş milyon avrodan çox ödəniş edib:
UEFA “Qarabağ” FK üçün 5 milyon 876 min avro, “Neftçi” və “Sabah” FK üçün isə 650 min avro ödəniş edib.
Qeyd edək ki, UEFA-dan yerli klublarımıza ayrılan ümumi məbləğ 7 milyon 176 min avrodur.