Ukraynada matəm elan edildi

Xarkov şəhərinin meri İqor Terexov “Episenter” hipermarketinə hücum zamanı həlak olanlar üçün bu gün matəm elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə Xarkov Şəhər Şurasının Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, bu gün şəhərdə dövlət bayraqları endiriləcək, mağaza, kafe və restoranlarda əyləncəli musiqilər səsləndirilməyəcək.

Qeyd edək ki, Xarkov prokurorluğu şənbə günü hipermarketin mərkəzində baş verən partlayış zamanı orada ən azı 200 nəfərin olduğunu bildirib. Ölənlərin dəqiq sayı hələ müəyyən edilməyib, lakin ən azı 14 nəfərin öldüyü, daha 7 nəfərin itkin düşdüyü məlumdur. 44 nəfər isə yaralanıb.

COP29