Ukraynaya silah verilməsi təxirə salındı

media-hightechnic-468x90

66124ABŞ prezidenti Barak Obama Ukraynaya silah verilməsi haqqında qərarı təxirə salıb. Ağ ev rəhbəri Almaniyanın federal kansleri Angela Merkel ilə danışıqlardan sonra belə qərar verib.

media-banner_tkm

Yenicag.az anspress-ə istinadən bildirir ki, bu barədə Almaniyanın ABŞ-dakı səfiri Piter Vittixa bildirib.

O deyib ki, görüş zamanı B.Obama Ukraynaya hərbi dəstəyin önəmi vurğulasa da, lakin üstünlüyü diplomatik səylərin gücləndirilməsinə verib. Tərəflər bu təşəbbüsü bəyənib və vahid məxrəcə gəliblər ki, hələlik Ukraynaya silahların göndərilməsinə təşəbbüs göstərilməsin.

Səfirin fikrincə, qərb siyasətçiləri hər şeyi diqqətlə izləyirlər. Ukraynaya silah verilməsi Rusiyanı qıcıqlandıra bilər və Moskvanın əlinə bəhanə düşə bilər: “Bu, Rusiya rəhbərliyi tərəfindən cavab reaksiyasına səbəb olacaq.”

Xatırladaq ki, daha əvvəl amerika lideri Ukrayna böhranının diplomatik yolla nizama salınması üzrə Avropa tərəfdaşlarının səylərinə dəstəyini ifadə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05