Universitetlərdə yeni ixtisaslar yaradılacaq - VİDEO

media-hightechnic-468x90

Universitetlərdə əmək bazarının tələblərinə cavab verən yeni ixtisaslar yaradılacaq.

media-banner_tuq

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı olaraq yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası da keçirilib. Komissiyaın tərkibində müxtəlif ixtisaslar üzrə 9 İşçi qrupu yaradılıb.

Təhsil ekspertləri bildirirlər ki, bakalavr dərəcəsi üzrə 7, magistratura pilləsi üzrə 20 və rezidentura üzrə 8 yeni ixtisasın yaradılması ixtisaslı kadrların artmasına imkan yaradacaq.

Təhsil eksperti Kamran Əsədov həmçinin onu da bildirib ki, magistratura səviyyəsi üzrə yaradılan yeni ixtisaslar tələbənin bakalavr səviyyəsində aldığı təhsili məhz həmin istiqamətdə davam etdirə bilməsi baxımından əlverişli olacaq.

Kamran Əsədov deyir ki, 1-ci ixtisas qrupu üzrə Riyaziyyat-Fizika müəllimliyi ixtisasının yaradılması xüsusilə bölgələrdə ikili ixtisaslarda müəllim çatışmazlığının aradan qalxmasına təsir edə bilər. Eyni zamanda onu da qeyd edib ki, 3-cü ixtisas qrupu üzrə yeni xüsusi pedaqogika ixtisasının yaradılması xüsusi qayğıya ehtiyacı olan şagird və tələbələrin təhsilinə xüsusi metod və yanaşmalarla işləməyə şərait yaradacaq.

Daha ətraflı videoda:

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05