Uşaq evlərindəki uşaqların sayı açıqlandı

media-hightechnic-468x90

Bu günə qədər övladlığa götürülmüş 1273 uşağın monitorinqi həyata keçirilib.

Yenicag.az xəbər verir ki, bunu bu gün Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, görülmüş reinteqrasiya tədbirləri nəticəsində ümumilikdə ötən dövrdə 240 uşaq ailəsinə qaytarılıb.

“Onlardan 94 nəfəri qız, 146-sı oğlandır. Bu uşaqlardan 109-u bu il reinteqrasiya edilənlərdir. 01.11.2022-ci il tarixindən 9 nəfəri oğlan, 9 nəfəri qız olmaqla 18 nəfər uşaq müəssisələrinə yerləşdirilib. Hazırda 640 nəfəri qız, 923 nəfəri oğlan olmaqla müəssisələrdə olan uşaq sayı 1563 nəfərdir. Övladlığa verilməsi mümkün olan uşaqların sayı isə 66-dır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600