Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dövlətlərə məktub göndərib.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adanom Qebreisus brifinqdə çıxışı zamanı dünya dövlətlərini COVAX mexanizminə qoşulmağa çağırıb.
COVAX-ın məqsədi bütün ölkələrdə koronavirusa qarşı vaksinin ortaya çıxdığı halda ədalətli şəkildə paylanmasıdır.
“Qlobal COVAX mexanizmi vaksinin ortaq təminatı və risklərlə mübarizə üçün vacibdir. Bu səbəbdən bütün ölkələrə COVAX mexanizminə qoşulmaları üçün məktub ünvanlamışam”, – deyə Tedros Adhanom Qebreyesus bildirib.