!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üzərinə həbs qoyulmuş əmlakın satılması qaydası dəyişdirilir

!Reklam – Yazi

arestAzərbaycanda üzərinə həbs qoyulmuş əmlakın satılması qaydasına dəyişiklik edilir və hərrac yolu ilə satılacaq əmlakın dəyəri 10 dəfə artırılır.

“Report” bu barədə “İcra haqqında” qanuna təklif edilən dəyişiklərə istinadən xəbər verir.

“Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5 000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər”, – deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, hazırda isə dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.

Dəyişiklik qəbul edilərsə, qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Yenicag.az

COP29

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv