!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

V qrupa artan marağın SƏBƏBLƏRİ - Təhsil ekspertinin ŞƏRHİ

!Reklam – Yazi

“V qrupa artan maraq növbəti illərdə daha da artacaq”.

Bu sözləri son illər V ixtisas qrupuna marağın artmasına təsir edən amilləri dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, digər qruplar ilə müqayisədə V qrupa daxil olmaq şansı daha yüksəkdir. Bu isə abituriyentlərin marağına səbəb olur:

“Abituriyentlərin V ixtisas qrupu üzrə qəbul olmaq imkanları daha yüksəkdir. Ona görə də hər il bu qrupa olan maraq getdikcə artır. Təsadüfi deyil ki, V qrup üzrə 55742 abituriyent ərizəsini təsdiq edib. Onlardan 9359 nəfəri qabiliyyət imtahanında iştirak etmək üçün ərizə təqdim edib. Bu qəbul təxminən 3700-3800 yerə qarşıdır. V qrupa artan marağın digər səbəbi qəbulun yalnız buraxılış imtahanı əsasında baş tutmasıdır. Buraxılış imtahanında səhv cavab doğru cavaba təsir etmir. Ona görə də abituriyentlərin yüksək bal toplamaq imkanları daha çoxdur. Onu da qeyd edim ki, V ixtisas qrupunda incəsənət, idman və dizayner istiqamətində ixtisaslar yer alır”.

Qeyd edək ki, 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin mayın 26-dan başlanan ərizə qəbulu bu gün başa çatıb.

Gülşən Şərif

www.yenicag.az

1235
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv