Vardanyanı həbs edən Elçin Quliyevin oğlu imiş – FOTO

Separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan Qarabağdan Ermənistana getmək istəyərkən həbs edilib.

Yenicag.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidməti tərəfindən paylaşılan fotoda Vardanyanı saxlayan hərbçilərdən birinin kimliyini öyrənib.

Belə ki, Vardanyanın qolundan tutan gənc hərbçi Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin oğlu Məhəmməd Quliyevdir.

Məlumata görə, Məhəmməd Quliyev DSX -da zabit kimi çalışır.