Vaşinqtonun "yeni müharibə" metodu: Kubada rejim, yoxsa xalq hədəf alınır?

media-hightechnic-468x90

“Kubanın yaşadığı vəziyyət hərbi fəth deyil, məcburetmə diplomatiyasıdır”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

Politoloq Kubanın hazırkı ağır böhran vəziyyəti və onu şərtləndirən amillər barədə danışıb:

“Kubada yaşanan yanacaq çatışmazlığı artıq dövlətin gündəlik idarəetmə qabiliyyətini sarsıdan humanitar və siyasi böhrana çevrilib. Son məlumatlara görə, ölkədə dizel və mazut ehtiyatlarının tükənməsi enerji sistemini kritik vəziyyətə salıb bəzi bölgələrdə uzunmüddətli elektrik kəsintiləri və kütləvi etirazlar qeydə alınır. Kuba hökuməti bu vəziyyəti ABŞ-ın enerji blokadası və sanksiyaları ilə izah etsə də, Vaşinqton tərəfi bu addımları Kuba rəhbərliyinə təzyiq və repressiyalara cavab kimi əsaslandırır.

Mayın 1-də imzalanmış yeni qərarla Vaşinqton xarici şirkətlərin Kuba ilə ticarət əlaqələrinə görə sanksiya riskini artırıb ki, bu da adanın yanacaq və maliyyə kanallarını daha da daraldır. Bu mənzərədə ABŞ-ın yürütdüyü siyasəti sadəcə “cəzalandırma” kimi deyil, iqtisadi təslimetmə strategiyası kimi də dəyərləndirmək olar. Buradakı məqsəd Kubaya birbaşa hərbi müdaxilə etmədən onun enerji, nəqliyyat, səhiyyə, turizm və gündəlik həyat sistemlərini daimi təzyiq altında saxlamaqdır.

Yəni, birbaşa silah tətbiq olunmasa da, iqtisadi boğma vasitəsilə siyasi davranışın dəyişdirilməsi tələb olunur. Bu, klassik hərbi fəth deyil, məhz məcburetmə diplomatiyasıdır. Beləliklə, hökuməti ya güzəştə getməyə, ya da daxili sosial narazılıqla üz-üzə qalmağa vadar edirlər. Lakin bu cür təzyiqlər çox vaxt hakim elitadan daha çox sadə əhalini vurur. Ona görə də Kuba məsələsində əsas sual yalnız rejimin taleyi deyil, həm də milyonlarla insanın enerji, ərzaq və səhiyyə təhlükəsizliyidir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05