Vaxtı ötmüş məhsullar aşkarlandı

media-hightechnic-468x90

101081_res_01İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqlər aparıb.

Yenicag.az virtualazorg-a istinadən xəbər verir, monitorinqlər zamanı Bakının Binəqədi, Sabunçu, Nizami rayonlarında, eləcə də Sumqayıt, Sabirabad, Zərdab, Xaçmaz, Gədəbəy, Kürdəmir, Siyəzən, Göygöldə mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600