!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

VECON Rusiya Beynəlxalq Qiymətləndirmə Mərkəzi ilə müqavilə bağlayacaq

!Reklam – Yazi

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, VECON qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc Bakı şəhərində işgüzar səfərdə olan Rusiya Qiymətləndiricilər Cəmiyyətinin vitse-prezidenti, Beynəlxalq Qiymətləndirmə Mərkəzinin direktoru İqor Artemenkovla görüşüb.

Şirkətdən Yenicag.az-a daxil olan məlumata əsasən, görüşdə iki ölkənin qiymətləndirmə institutları arasında əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi və şirkətlər arasında əməkdaşlıq müqaviləsinin bağlanması məsələləri müzakirə edilib.

VECON qiymətləndirmə şirkəti ilə Beynəlxalq Qiymətləndirmə Mərkəzi arasında əldə edilən razılığa uyğun olaraq, tərəflər yaxın müddət ərzində əməkdaşlıq müqaviləsi imzalayacaqlar. Müqavilənin əsas predmetlərindən biri də tərəflərin təmsil etdikləri ölkələrdə həm də öz tərəfdaşının bilavasitə təmsilçiliyini həyata keçirərək, birlikdə qiymətləndirmə işlərində iştirak etmələrinin nəzərdə tutulmasıdır.

Görüşdə Rusiya Federasiyası İntellektual Əmlak və Biznes Qiymətləndirilməsi İnstitutunun proffessoru, Avropa Regional Qiymətləndirmə Komitəsinin direktor müavini Həmid Mamacanov və VECON qiymətləndirmə şirkətinin direktor müavini, daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə sertifikatlaşdırılmış mütəxəssis Xaqani Eminov da iştirak edib.

Xatırladaq ki, Beynəlxalq Qiymətləndirmə Mərkəzi 1995-ci ildə təsis olunub. Rusiya Federasiyası qiymətləndirmə bazarında yarandığı dövrdən lider mövqeyə malik olan və bu mövqeyi qoruyan təsisatın mütəxəssisləri dünyada brend olan FRICS, CCIM, FIABCI, REV, HRSA kimi beynəlxalq professional kvalifikasiyaya malikdir.

www.yenicag.az

1265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv