Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Vergi güzəştlərinin tətbiqi görülən tədbirlər sırasında mühüm yer tutur” – Millət vəkili

“Bu qərar sahibkarların mənafelərinin qorunması baxımından, son dərəcə əhəmiyyətlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dövlətin karantin rejimi şəraitində sahibkarlara dəstək məqsədilə tətbiq etdiyi vergi güzəştlərinin əhəmiyyətini dəyərləndirən millət vəkili Fəzail Ağamalı deyib.

Millət vəkili bildirib ki, dünyanı bürüyən və Azərbaycanda da yayılan koronavirusun yaratdığı çətinlikləri aradan qaldırmaq üçün dövlət səviyyəsində görülən tədbirlər əhalinin bütün təbəqələrinin maraqlarına cavab verir:

“Yaranmış vəziyyətdən çıxmaq üçün ölkə Prezidenti səviyyəsində son dərəcə mühüm addımlar atılıb. Bu bəlanın aktuallaşdığı ilk vaxtdan etibarən, virusun geniş yayılmasına imkan verməmək məqsədilə Prezidentimiz səviyyəsində bütün qabaqlayıcı tədbirlər görüldü.

Xüsusi olaraq, Operativ Qərargah yaradıldı, ölkənin müvafiq strukturları ona tabe etdirildi və bu gün onun yaratmış olduğu şərait Azərbaycanı koronavirusun geniş yayılmasından sığortalaya bildi. Bununla bərabər, karantin rejimi tətbiq olundu və vəziyyətə uyğun qaydada şərtlər sərtləşdirildi.

İnsanların evdə qalmaları məcburi xarakter daşıdı, həm dövlət orqanlarında, həm özəl sektorda çalışanlar hökumətin qəbul etdiyi qərarlara uyğun olaraq, sosial təcrid rejiminə keçdilər. Həqiqətən də, virusun qarşısını almağın ən uyğun forması sosial təcriddir.

Eyni zamanda, yaranmış şəraitdə dövlət tərəfindən əhalinin sosial müdafiəsinin təşkili və biznesin dəstəklənməsi istiqamətində zəruri qərarlar qəbul edildi. İşləyən vətəndaşlara əmək haqqının ödənilməsi təmin edildi, ixtisarların aparılmaması üçün sahibkarlara ciddi tapşırıqlar verildi.

Bütün bunlarla yanaşı, vergi güzəştlərinin tətbiqinə başlanıldı. Vergi ödəyicilərinə edilən güzşətlər koronavirusun qarşısının alınması istiqamətində görülən tədbirlər sırasında mühüm yer tutur.

Düşünürəm ki, bu güzəştlər xüsusi olaraq, sahibkarların mənafelərinin qorunması baxımından, son dərəcə əhəmiyyətlidir. Eyni zamanda, çox sayda vətəndaşımız da bu güzəştlərdən maksimum yararlanacaq”.

Səxavət Məmməd

www.yenicag.az

351