!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vergi ödəyicilərinin büdcəyə olan borcları artdı

!Reklam – Yazi

Bu ilin 6 ayında vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları artıb.

Yenicag.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ilin yanvar-iyun ayları üzrə icra edilmiş dövlət büdcəsinin parametrlərinin təhlili barədə hesabatda bildirilib.

Buldirilib ki, 2024-cü il 01 iyul tarixinə dövlət büdcəsinə təmin olunan gəlirlər üzrə artıq ödəmənin məbləği ilin əvvəli ilə müqayisədə 453,8 mln. manat və ya 23,6% artaraq 2379,0 mln. manat təşkil edib. Artıq ödəmə məbləğinin 104,5 mln. manatı neft-qaz sektorunun, 2274,5 mln. manatı isə qeyri neftqaz sektorunun payına düşmüşdür ki, bu da ilin əvvəli ilə müqayisədə müvafiq olaraq 10,9 mln. manat az və 464,7 mln. manat çoxdur

Qeyd edilib ki, hesabat dövrünün sonuna dövlət büdcəsinin vergi ödəyiciləri qarşısındakı öhdəlikləri (artıq ödəmə) vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında olan öhdəliklərindən az olmuşdur. 2024-cü il 01 iyul tarixinə dövlət büdcəsinə olan borcların (qalıqların) həcmi ilin əvvəli ilə müqayisədə ümumilikdə 512,9 mln. manat və ya 18,2% artaraq 3337,3 mln. manat təşkil edib.

COP29

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv