Mükəmməl əsər, möhtəşəm rejissor işi, fərqli səhnə tərtibatı, işıq, musiqi, aktyor oyunu - bir sözlə, hər şey bir-birini tamamlayanda nəticədə mükəmməl sənət əsəri meydana gəlir. Və o zaman bu sənət əsəri qarşısında heyrətlənməyə bilmirsən. Bax, buna deyərəm, hadisəyə çevrilən tamaşa və o tamaşanı heyranlıqla seyr edən tamaşaçı… Həqiqətən “bravo”.