Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyərək, eyni səviyyədə qalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq, 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə - 2,1 qalıb. Bəs görəsən, gənclər niyə ailə qurmaq istəmir?