!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda azalan NİKAH PROBLEMİ: Gənclər niyə ailə qurmaq istəmir? – Partiya sədrindən XƏBƏRDARLIQ

!Reklam – Yazi

Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyərək, eyni səviyyədə qalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq, 4,5-dən 4,1-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə – 2,1 qalıb. Bəs görəsən, gənclər niyə ailə qurmaq istəmir?

Mövzu ilə bağlı Yenicag.az-a danışan AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, gənclərin evlənməməsinin səbəbinin həm maddi, həm də psixoloji tərəfləri var:

“Qeyd edim ki, dünyada eqosentrik xətt gedir. Hər şeyin fərdə hesablanması, fərdin komfortu, rahatlığı, yəni fərdiyyətçilik, ailə dəyərlərinin əksi olan dəyərlər təbliğ olunur. Ailə institutu gözdən salınır. Ata-ana anlayışı sıradan çıxarılmağa çalışılır. Yəni bütün bunların beynəlxalq aləmdə təbliği Azərbaycandan da yan keçmir. Ölkəmizdə də bəzi QHT-lər, televiziya, internet vasitəsilə bu təbliğat şüuraltı olaraq gənclərimizə təsir göstərir”.

T.Abbaslı qeyd edib ki, evlənmək istəyən gənclərin, xüsusilə, bəylərin ailəni saxlamaq, onların hər ehtiyacını təmin etmək kimi qorxuları var:

“Lakin eyni zamanda, bizdə digər səbəblər də mövcuddur. Maddi imkansızlıq, şəraitsizlikdir. Evlənmək istəyən gənclərin, xüsusilə, bəylərin ailəni saxlamaq, onların hər ehtiyacını təmin etmək kimi qorxuları var. “Evlənmək” sözü ev sözündən başladığına görə, ev olmayandan sonra evlənmək də olmur. Ev qiymətləri də çox bahadır. Ümumiyyətlə, Azərbaycanın regionlarında ev məsələsi, yaşayışın ağırlığı problemi var. Bunların hamısı təbii ki gənclərin evlənməyinə mənfi təsir edən amillərdir. Bu da gələcəkdə ölkəmiz üçün böyük problem yarada bilər. Düşünürəm ki, hazırda bəzi məmurlar üzü böhrana doğru getdiyimizi qəbul etmək istəmirlər. Evlənmələrin sayı azalır, boşanmalar çoxalır. Çoxuşaqlı ailələrin sayı azalır. Bu, yaxın gələcəkdə ölkəmzin dövlət təhlükəsizliyi məsələsinə çevriləcək. Tez bir zamanda bu istiqamətdə xüsusi proqram qəbul olunmazsa, bu proqrama kifayət qədər vəsait ayrılmazsa, bu, məsələ mənfi istiqamətdə inkişaf edəcək”.

İsmayıl Bakuvi

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv