Dəmiryolu səyahət etmək, təyinat nöqtəsinə çatmaq üçün ən gözəl nəqliyyat vasitələrindən biri hesab olunur. Lakin bu nəqliyyat vasitəsi ilə hərəkət edən sərnişinlər bəzən neqativ hallarla da qarşılaşır. Belə ki, bəzi insanlar tərəfindən qatara daş atılması, yaxud da qatar relslərinin üzərinə kənar əşyaların qoyulması hallarını da müşahidə etmək mümkündür. Bu da insanların həyatı üçün real təhlükə mənbəyinə çevrilə bilər. Bəs bu əməli törədən şəxsləri qanunla hansı cəzalar gözləyir?