“Qarabağ” Bakıda Almaniyanın "Bayer 04" klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.