!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmaz sakinlərindən İLGİNC İDDİA: “Anamızı o bazara görə öldürdülər, indi növbədə bizik...”

!Reklam – Yazi

Xaçmazda fəaliyyət göstərən “Arzu” Özəl Ticarət Mərkəzinin mərhum sahibəsi Nəcimə Babayevanın övladları Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin ofisində mətbuat konfransı keçiriblər.

Yenicag.az xəbər verir ki, Gülnarə və Fuad Həbibovlar bir müddət əvvəl dünyasını dəyişmiş analarının sifarişlə qətlə yetirildiyini, qətlin sifarişçisi və icraçısı haqda Baş prokurora müraciət etdiklərini bildiriblər.

Bu barədə danışan Gülnarə Həbibova analarının qətlə yetirilənə qədər üzləşdiyi təzyiqlərin bu gün onlara qarşı yönəldiyini bəyan edib:

“Mənim müraciətim Azərbaycan dövlətinədir. Azərbaycan dövləti vətəndaş olaraq, mənim mülkiyyət hüququmu təmin eləsin. Azərbaycan dövləti Əmlak Komitəsinin timsalında mən Gülnara Həbibovaya 1182608 nömrəli Çıxarış verib. Həmin Çıxarış mənim mülkiyyət hüququmun Azərbaycan dövləti adından tanındığının təsdiqidir. Ona görə də mən bu gün Azərbaycan dövlətindən kömək istəyir, əmlakıma olan və yaxın günlərdə planlaşdırılan qəsdin – böyük bir cinayətin qarşısının alınmasında yardım istəyirəm”.

Gülnarə Həbibova deyib ki, Xaçmazda onlara məxsus bazarın əllərindən alınmasına çalışan şəxslərin kimliyi rayonda hər kəsə məlumdur:

“Bir neçə gün əvvəl bazarımızın ərazisini – baxın, mülkiyyət hüququnu təsdiqləyən bu sənəddə göstərilən ərazidən söhbət gedir – məhkəmənin xüsusi qərardadı əsasında hasara almışıq. Amma indi hasarın sökülməsinə hazırlıq gedir. Bizim – mənim və qardaşlarımın həyatına təhlükə yaranıb. Bunu sıradan bir söz olaraq, demirəm. Anam Nəcimə Babayevanı məhz bu bazara görə sifarişlə öldürüblər. İndi isə bizim əmlakımıza və həyatımıza qəsd hazırlanıb. Azərbyacan dövləti, bizi ölümdən qurtar, Azərbaycan dövləti, bizim mülkiyyət hüququmuza qarşı qəsdin qarşısını al!

2019-cu ilin martına qədər dözüb susmuşuq. Anam Nəcimə Babayevanın qətli ilə bağlı təfərrüatları ictimailəşdirməmişik. Düşünmüşük ki, dövlət gez-tez bu məsələnin üstünü açacaq. Bütün bu illər ərzində anamızın qətli barədə danışmamağımızın səbəbi istintaq orqanının israrlı şəkildə bizdən gözləməyimizi xahiş etməsi idi. Vəd olunmuşdu ki, qatil və sifarişçi tapılaraq istintaqa cəlb ediləcək. Lakin bu, baş vermədi. Əvəzində isə 2017-ci ilin aprelindən etibarən, bizim ailəmizə qarşı təxribatlar başlayıb və bu gün də davam edir.

Xaçmazda yerləşən ailəmizə məxsus bazarda 13 yaşından anası Cəmilə Sadıxovaya kömək edən Qurban Sadıxovu bizə qarşı qoyublar. Bu adam orta təhsilidir. Ondan sadəcə, istifadə edirlər. Qurban Sadıxov hansı işlərin içinə girməsinin mahiyyətini anlamadan barəmizdə hazırlanan məktublara imza atdı. Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, DTX və digər dövlət qurumlarına əsassız şikayətlər göndərilirdi.

Hətta bizim guya onun 290 min manat dəyərində xırda mallarını talamağımız barədə Sumqayıt İnzibati İqtisadi Məhkəməsində iddia qaldırdı. Həmin iddia AR Ali Məhkəməsinin qərarı ilə rədd edildi. Dövlət qurumlarına yazılan məktublar üzrə də araşdırmalar göstərdi ki, Qurbanın bütün iddiaları əsassızdır. Bütün bu iddialar hələ anamın sağlığında onun əleyhinə yazılan və eyni mərkəzdən idarə olunanmasına şübhə etmədiyimiz şikayət məktublarının eynisidir.

Bildirirəm ki, anam Nəcimə Babayevanın sağlığında – 2007-ci ildən qətlə yetirildiyi 15 sentyabr 2010-cu ilə qədər ona qarşı eyni məzmunlu şikayətləri rayonun icra başçısı Şəmsəddin Xanbabayevin sabiq 1-ci müavini Akif Mərdanovun təşkilatçılığı və hətta özünün şəxsi imzası ilə yazılırdı.

Digər tərəfdən yazdığı satirik şeirlərə görə Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin və Akif Mırdanovun təlimatları ilə bir qrup öyrədilmiş şəxs anam barədə Xaçmaz Rayon Məhkəməsinə əsassız iddialar qaldırırdılar. Anamdan 250 min manat təzminat tələb edir, bazarın guya antisanitar şəraitə görə bağlanılmasını tələb edirdilər.

12 il əvvəl anamdan 250 min manat tələb edənlər, anama qarşı şər-şəbədə düzüb qoşanlar bu gün də bizə qarşı eyni addımları atırlar. Qurban Sadıxov da bizdən – Nəcimə Babayevanın övladlarından 298 min manat tələb edir.

Anamı qanunsuz olaraq məhkəmələrə çəkirdilər, ondan şikayətlər yazılmasını təşkil edirdilər, indi də həmin proses bizə qarşı gedir. Ötən 12 il ərzində taktika dəyişməyib. Anam Nəcimə Babayevaya qarşı qanunsuz, dövlətin gücündən istifadə edilməklə atılan addımlar bu bizlərə – onun övladlarına qarşı atılır”.

www.yenicag.az

1337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv