Xaçmaz rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Gəndob-Yalama yolunun 28-ci km-də, rayonun Fərzəlioba kəndi ərazində qeydə alınıb.
Belə ki, Xudayevdiyev Allahverdi Tağı oğlunun idarə etdiyi, Xaçmaz-Xudat marşurutu üzrə işləyən sərnişin avtobusu yoldan çıxıb və ağaca çırpılıb. Hadisə nəticəsində sürücü ilə yanası 6 sərnişin xəsarət alıb. Xəsarət alanlardan biri – 27 yaşlı Xudat sakini Mahmudova Durnaxanım Balabəy qızı hamilə qadındır. Qəza nəticəsində onun körpəsi ana bətnində ölüb. Xəsarət alanlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtima görə, qəzaya səbəb sürücünün sərxoş olması olub.
Hazırda fakla bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.
www.yenicag.az