Xaçmazda yol qəzası oldu: Xəsarət alanlar var

media-hightechnic-468x90

Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun Xaçmazdan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Shacman” və “Ford” markalı avtomobillər toqquşub. Qəza zamanı 1968-ci il təvəllüdlü İlqar Naibxan oğlu Orucov,
1989-cu il təvəlludlü Emil Əlövsət oğlu Bədəlov və 1989-cu il təvəllüdlü Şahin Şahmurad oğlu İskəndərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa