Xaçmazda zəncirvari qəza oldu - FOTOLAR

media-hightechnic-468x90

Xaçmazda zəncirvari avtomobil qəzası baş verib.

Yenicag.az xəbər verir ki, qəza zamanı iki nəfər xəsarət alıb.

Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində “VAZ 2107” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəzaya uğrayan “VAZ 2107” sonradan yolun kənarında dayanan başqa bir minik avtomobilinə də çırpılıb.

Hadisə zamanı xəsarət alan iki nəfər təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600