Xalq şairi: “Azərbaycanın dünyanın güc mərkəzinə çevrilməsindən qürur duyuram”

media-hightechnic-468x90

“Bugün bütün dünyanın diqqəti Qarabağa yönəlib. Azərbaycan artıq dünyanın güc mərkəzinə çevrilib. Hər bir vətənpərvər insan, hər bir azərbaycanlı, hər bir vətəndaş bundan qürur duymalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Xalq şairi Vahid Əziz , İqtisadi əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşü ilə bağlı münasibət bildirərkən deyib.

media-photo_1045

Xalq şairi belə nüfuzlu beynəlxalq tədbirin Qarabağın mərkəzi Xankəndidə keçirilməsini Azərbaycanın artan geosiyasi gücünün bariz göstəricisi kimi dəyərləndirib:

“Dünyanın bu qarışıq zamanında ölkəmizdə – Xankəndidə belə bir tədbirin keçirilməsi onu göstərir ki, türklər heç bir zaman müharibə istəməyiblər. Onlar həmişə mehribançılığın, dostluğun, əmin-amanlığın tərəfində olublar. Belə qüdrətli dövlətlərin bir yerə toplanması dünyaya həm də bir mesajdır: xalqları bir-birinə qarşı qoymayın, dostluğu, əmin-amanlığı təbliğ edin”.

Vahid Əziz belə bir mötəbər tədbirin təşkilinə görə Azərbaycan Prezidentini və digər türk dövlət başçılarını alqışladığını bildirib:

“Bu mötəbər tədbirə görə sevinirəm və möhtərəm Prezidentimiz İlham Əliyevi alqışlayıram. Ərdoğanı və türk dövlətlərinin bütün başçılarını alqışlayıram. Belə bir vaxtda Azərbaycanın qürurunu, qüdrətini duyuram və fəxarət hissi keçirirəm”

Şair əlavə edib ki, Azərbaycanın artıq dünyanın hesablaşdığı dövlətlər sırasında olduğunu hər kəs görür:

“Bu gün bütün dünyada Azərbaycana hesablaşırlar, Azərbaycanı sayıb-seçirlər. Bu tədbir bir daha sübut edir ki, müdrik türk xalqı dünyaya sülh, mehribançılıq, əməkdaşlıq mesajı verir. Düşmənçilik toxumu səpməyin! Azərbaycan heç kimin qarşısında diz çökmədi. Azərbaycanın dövlət başçısı lazım olan vaxtda sözünü deyir. Biz xalq olaraq ölkə başçısının ətrafında daha sıx birləşdikcə, daha güclü və qüdrətli olacağıq”.

Sonda Vahid Əziz fikirlərini bu sözlərlə tamamlayıb:

“Eşq olsun Azərbaycana, eşq olsun Prezident İlham Əliyevə, eşq olsun Ərdoğana, eşq olsun Türk dünyasına və türk dövlət başçılarına!”

 

Cəvahir Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600