Xalq şairi Nəriman Həsənzadənin 95 illiyi sosial şəbəkələrdə gündəm olub

media-hightechnic-468x90

media-banner_tuq

Xalq şairi Nəriman Həsənzadənin 95 illiyi sosial şəbəkələrdə gündəm olub.

Yenicag.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə sosial şəbəkələrdə genişmiqyaslı təbrik kampaniyası başladılıb.

Tanınmış ictimai xadimlər, QHT nümayəndələri, ziyalılar #NərimanHəsənzadə95 həştəqi ilə paylaşımlar edərək Xalq şairini təbrik ediblər.

Paylaşımlarda şairin Azərbaycan poeziyasına verdiyi töhfələr yüksək qiymətləndirilib, onun yaradıcılığından nümunələr səsləndirilib.

Qeyd edək ki, Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Poylu qəsəbəsində (Qazax, indiki Ağstafa rayonu) anadan olub.

Xatırladaq ki, fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nəriman Əliməmməd oğlu Həsənzadə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə ən ali mükafat — “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Nəriman Həsənzadə yaradıcılığı müasir Azərbaycan ədəbiyyatının qızıl səhifələrindən birini təşkil edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05