!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq şairinin medalını 200 manata satan qadın: "Onu mırta qoydum"

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum xalq şairi Cabir Novruzun medalı sosial şəbəkə vasitəsi ilə satışa çıxarılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Dilrubə Vaqifzadə  1999-cu ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin fərmanı əsasında Cabir Novruza təqdim edilən “Xalq şairi” medalına 200 manat qiymət qoyub.

Saytımızda yayımlanan xəbərlə bağlı adıçəkilən xanım redaksiyamızla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında məsələyə belə münasibət bildirib:

“Bu, zarafat üçün idi. Azərbaycan Aktyorlar Birliyinin sədri Ruslanla “inbox”da danışırdıq. Dedim, belə bir şey var, mənə inanmırlar. Mən onu auksion qrupunda paylaşandan sonra dedilər ki, sil onu, belə şeyləri zarafata salma. Mən burdakılara acıq üçün paylaşmışam. Birincisi, o satılan bir şey deyil. Bu, bizə hədiyyədir. Satmaq niyyətim yox idi. Satmaq fikrim olsaydı, çoxdan satmışdım. Mən də onu mırta qoydum.

Əməkdaşımız Dilrubə xanımın bu açıqlamasından sonra mərhum xalq şairi Cabir Novruzun mırta qoyulası adam olmadığını xatırladıb. O isə cavabında “mən elə söz demədim” söyləyib. Halbuki, D.Vaqifzadənin bu açıqlamasının səsyazısı da tərəfimizdən qeydə alınıb. Görünür, Yenicag.az xanımın bazarını “öldürüb”.

Qeyd edək ki, sağlığında əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülən Cabir Novruz 2002-ci ildə vəfat edib. O, vaxtı ilə Azərbaycan Milli Məclisinin deputatı seçilmiş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.

Emin Səfərov

www.yenicag.az

7352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv