İki cüdoçumuz “World Masters”də gümüş medal qazandı

media-hightechnic-468x90

Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə “World Masters” turniri başa çatıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, turnirində Azərbaycan cüdoçuları iki gümüş medal qazanıblar. 78 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz İrina Kindzerska həlledici mərhələdə fransalı Romana Dikkoya məğlub olaraq ikinci yeri tutub.

Komandamızın digər üzvü (100 kq) Zelim Kotsoyev də final mərhələsində rəqibinin öhdəsindən gələ bilməyib. Belə ki, gürcüstanlı Varlam Lipertaliana uduzan təmsilçimiz turnirin gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, “Tokio-2020”yə Olimpiya lisenziya xalları verən yarışda ölkəmizi 7 cüdoçu təmsil edib. Turnirdə 69 ölkədən 400-ə yaxın cüdoçu mübarizə aparıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05