Xameneinin “sui-qəsdi” nəyə səbəb olacaq?

media-hightechnic-468x90

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin mümkün öldürülməsi Yaxın Şərqdə yeni müharibənin başlamasına səbəb ola bilər. 

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dimitri Peskov “Sky News”a danışıb.

Onun sözlərinə görə, regiondakı gərginlik qlobal təhlükə yaradır və İranda rejim dəyişikliyi cəhdləri qəbuledilməzdir.

Belə bir ssenaridə Rusiyanın hansı addımlar atacağı ilə bağlı suala o, “Bu, İranda ekstremist meylləri gücləndirər. Xameneini öldürmək istəyənlər yadda saxlamalıdırlar ki, onun ölümü ilə “Pandoranın qutusu” açılacaq”, – cavabını verib.

Rusiya rəsmisi burada gizli məlumatların üzə çıxacağına eyham vurub.

Peskov həmçinin qeyd edib ki, İsrail və İran arasında gərginliyin artması təkcə regional deyil, həm də qlobal risklər yaradır./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600