!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xarici ölkələrə turizm qiymətləri neçəyə başa gəlir? – Azərbaycanlılar ən çox bu ölkələrə səfər edirlər

!Reklam – Yazi

Hazırda yay mövsümü ölkəmizə öz qədəmlərini qoymağa başlayır. Havalar isindikcə burada insanların istirahət qayğıları da özünü göstərməyə başlayır. Bu zaman bəzi şəxsləri düşündürən əsas məsələ də xarici ölkələrə turist səfərlərinin onlara nə qədər baha başa gələcəyi ilə bağlı olur. Bəs görəsən, bir ailənin bir həftə və ya on günlük istirahəti üçün nə qədər məbləğ laızmdır?

Mövzu ilə bağlı Yenicag.az-a danışan turizm məsələləri üzrə ekspert Samir Dübəndi deyib ki, qiymət həm ölkələr üzrə, həm də seçdiyimiz paketlərin komfort dərəcəsindən asılı olaraq dəyişə bilir.

“Turist mübadiləsi uğurla inkişaf edir. Biz statistikaya baxsaq, ölkəmizdə gələn və ölkəmizdən gedən turistlərin sayında mütənasibliyin olduğunu görə bilərik. Bir çox turzim potensiallı olan ölkələr daha çox turist qəbul etməyə çalışırlar. Vətəndaşlar da müxtəlif səbəblərə görə xarici ölkələrə üz tutur. Turlar müxtəlifdir. Müalicəvi turlar 14 gündən 21 günədək davam edir. Ümumiyyətlə, müalicəvi, profilatik, müxtəlif turizm fəaliyyətlərinin müddətləri uzun olsa da mövsümdən asılı olmur. Populyar turlar isə ən çox istirahət turlarıdır”, – deyə o əlavə edib.

Ekspertin sözlərinə görə, yay mövsümündə də daha çox istirahət turları önə çıxır:

“Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu ölkələr sırasında Türkiyə, BƏƏ, Misir, Qətər, Asiya və Avropa ölkələridir. O cümlədən, Rusiya, Gürcüstanı da, qeyd etmək olar. Hər istiqamət üzrə təklif olunan qiymətlər, paketlər üzrə də qiymətlər müxtəlif olur. Məsələn, populyar hər şey daxil turlar Türkiyədə bir ailə üçün bir həftəlik beş ulduzlu oteldə təxminən 5 min manata başa gəlir. Lakin bu otelin təsnifat kateqoriyasını aşağı salsaq, yəni üç ulduzlu otel seçsək, yaxud qida paketi bir qədər fərqli olarsa, bu halda, qiymətlər tamamilə fərqli olur. Əgər təyyarə qiymətinin üstünə istirahət edəcəyimiz yerin minimal qiymətlərini qoysaq, bu rəqəmi 5 dəfə də aşağı salmaq mümkündür”.

Ekspert nəqliyyat sahəsində çatışmazlıqların olduğunu da qeyd edib:

“Fikrimcə, burada seçimlər də genişdir. Azərbaycanı digər ölkələrlə bağlayan uçuşlar kifayət qədər genişdir. Bəzən bu qiymətlər də bizə baha gəlir. Açığı, bununla mən də razılaşıram. Burada bir qədər çatışmazlıq var. Çatışmazlıq odur ki, ümumiyyətlə, turizm fəaliyyətlərinin statik rəqəmlərinə baxsaq, aydın olur ki, turizm mübadiləsi, nəqliyyatı daha çox çarter reyslər və lokos şirkətlər üzərindən qurulur. Turistlər bu halda yol xərclərini daha ucuz həyata keçirə bilirlər. Bu zaman turun da qiyməti nisbətən münasib olur. Burada qiymət həm ölkələr üzrə, həm də seçdiyimiz paketlərin komfort dərəcəsi üzrə qiymətlər müxtəlif olur. Komfot dərəcəsi nə qədər yüksəkdirsə, qiymət də o qədər yüksək olur”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

484
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv