Mikroavtobusu sərxoş halda idarə edən şəxs həbs edildiƏ
Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən profilaktik tədbirlər zamanı sərxoş vəziyyətdə mikroavtobus idarə edən M.Əmirov saxlanılıb.
Yenicag.az unikal.az -a istinadən xəbər verir ki, araşdırmalar zamanı onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq kateqoriyasının olmadığı da müəyyən edilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.Əmirov 30 sutka inzibati qaydada həbs edilib.













