Əhməd əl-Şaraa 11 sentyabr hadisələrində iştirak edib?

media-hightechnic-468x90

Suriya keçid dövrünün Prezidenti Əhməd Əl Şaraa bəyan edib ki, 2001-ci il 11 sentyabr hadisələrində iştirak etməyib.

Yenicag.az oxu.az-a istinadən xəbər verir ki, prezident özü bunu “Fox News” telekanalına müsahibəsində bildirib.

Əl Şaraanın sözlərinə görə, o zaman hələ onun bölgəsində “Əl-Qaidə” qruplaşması yox idi. Üstəlik, o, hər hansı bir qərar qəbul etmək üçün çox gənc idi.

“Mənim cəmi 19 yaşım var idi, çox gənc idim və o zaman qərar qəbul etmək səlahiyyətim yox idi. Mənim bununla heç bir əlaqəm yoxdur. O vaxt mənim bölgəmdə “Əl-Qaidə” belə yox idi”, – deyə Əhməd Əl Şaraa vurğulayıb.

Suriya prezidenti qeyd edib ki, “Əl-Qaidə” ilə əlaqələri artıq keçmişdə qalıb.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də terrorçular tərəfindən qaçırılmış iki “Boeing 767” təyyarəsi Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılıb. Nəticədə təqribən 3000 insan həlak olub. Hadisənin “Əl-Qaidə” qruplaşması tərəfindən törədildiyi bildirilir.

Əhməd Əl Şaraa bu il noyabrın 9-da Vaşinqtona səfər edib, noyabrın 10-da ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşün yekunlarına əsasən, tərəflər terrorizmə qarşı birgə mübarizə barədə razılığa gəliblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa