!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - "Qayığa bağlıydılar" - FOTOLAR

!Reklam – Yazi

Xəzərdə itkin düşən idmançıların ölümü ilə bağlı təfərrüatlar üzə çıxıb.

Meyitləri tapılan şəxslər 17 yaşlı Nüsrət Nəzərzadə və 15 yaşlı Aqil Təbirli aprelin 18-də dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar. Ancaq bir daha geri qayıtmayıblar.

Yenicag.az xəbər verir ki, ailələrinin verdiyi informasiyadan sonra itkin düşən idmançıların axtarışına başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən axtarışlar aparılıb. 23 apreldən isə FHN Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri də əməliyyatlara cəlb olunub.

Axtarışların aparıldığını dəfələrlə bəyan etsələr də nəticə verməyib. Ancaq Xəzərdə itkin düşən idmançıların cansız bədənləri rezin qayıqda “Neft Daşları” yaxınlığında taplıb. Əslində buna tapılmaq da yox, qayıq öz ayağı ilə gəlib deyilsə, daha yaxşı olar.

Yaxınlarından əldə etdiyimiz informasiyaya görə, onlar özlərini qayığa bağlayıblar ki, külək zamanı suya düşüb boğulmasınlar. Tapılanda da idmançıların meyiti qayığın içində olub.  İlkin versiyaya görə idmançılar acından və susuzluqdan ölüblər.

Hazırda Sumqayıt şəhərində idmançıların meyitləri ailələrinə təhvil verilib və onları dəfn etməyə aparıblar.

Burada belə bir sual ortaya çıxır ki, əgər idmançılar daim suyun üzündə olublarsa, axtarış edən qurumlar niyə onları bu günə qədər tapmayıblar? Daim suyun üzündə olan qayıqlar necə olub ki, görünməyib? Məntiqə əsasən, ya axtarış lazımi qaydada aparılmayıb, ya da mətbuat üzərindən “axtarışlar davam edir” kimi xəbərlər verərək “aparılıb”.

Yeri gəlmişkən, ekstremal idman növləri ilə məşğul olan Nüsrət Nəzərzadə Tufandağda itkin düşən alpinistlərlə dost olub. Dostların meyitlərinin tapılmasında da oxşarlıq var. Alpinistlərin meyitləri havalar isinib qar əriyəndən sonra, Xəzərdə itkin düşənlərin meyitləri də, rezin qayığın “Neft Daşları” yaxınlığına gəlməsindən sonra aşkarlanıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

16368
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv