Yaponiyada ayılarla mübarizəyə hərbçilər cəlb edilə bilər

media-hightechnic-468x90

Ayıların insanlara hücum hallarının rekord səviyyəyə çatdığı Yaponiyada hakimiyyət orqanları ölkənin Özünümüdafiə Qüvvələrinin hərbçilərini heyvanlarla mübarizəyə cəlb etmək imkanını araşdırır.

Yenicag.az “Kyodo”ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın yeni müdafiə naziri Şindziro Koidzumi danışıb.

Koidzumi qeyd edib ki, məsələ diqqətlə araşdırılmalı və regional hakimiyyətlə müzakirə olunmalıdır. “Biz yerli hakimiyyətin fikrini dinləməli və bu məsələni nəzərdən keçirərkən müvafiq nazirlik və idarələrlə sıx əməkdaşlıq etməliyik”, – nazir deyib.

Yaponiyada bu il ayıların insanlara hücumları və bu hücumlar nəticəsində xəsarət alanların sayı rekord həddə çatıb. 1 aprel tarixindən etibarən ayı hücumları nəticəsində azı 10 nəfər həyatını itirib. Bu, müvafiq statistikanın aparıldığı dövr ərzində ən yüksək göstəricidir. Eyni dövrdə ayı hücumları nəticəsində xəsarət alanların sayı artıq 120-ni keçib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa