Yaponiyada “Eta” ştammı aşkarlandı

Yaponiyada koronavirusun “Eta” ştammı aşkar edilib.

Yenicag.az xəbər verir ki, yeni mutasiya artıq 18 nəfərdə tapılıb.

Bildirilib ki, virus 2020-ci ilin dekabr ayından ötən ilin sentyabr ayına qədər ölkəyə gələn və karantin mərkəzlərində cavabları pozitiv olan xəstələrdən götürülən nümunələri araşdıran Milli Yoluxucu Xəstəliklər İnstitutunda müəyyən edilib.

Fərqli virus mutasiyalarını müəyyənləşdirmək üçün yoluxmaların genetik analizlərinə davam ediləcək.