Yaponiyada uçan taksilərin sınağına başlanıldı

media-hightechnic-468x90

Yaponiyanın “SkyDrive Inc.” startapı sərnişin daşınması üçün nəzərdə tutulan pilotsuz uçuş aparatının ilk nümayiş xarakterli uçuşunu həyata keçirib.

media-banner_tkm

Yenicag.az bu barədə Yaponiya KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, uzaqdan idarə olunan “SD-05” innovativ nəqliyyat vasitəsi “Mitsubishi Estate Co. və Kanematsu Corp.” şirkətləri tərəfindən hazırlanıb. Aparat ilk uzaqdan idarə olunan uçuşunu Tokio körfəzi üzərində həyata keçirib. Uçuş təxminən dəqiqə yarım davam edib və aparat təxminən 150 metr məsafə qət edib.

“SD-05” pilotsuz aparatı 12 daşıyıcı vint və akkumulyator batareyaları ilə təchiz olunub. Bu xüsusiyyətlər sayəsində o, 15-40 kilometr məsafə qət edə bilir. Nəqliyyat vasitəsi üç nəfərin daşınması üçün nəzərdə tutulub./Trend/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05