Yasamalda ağacların dibi betonlandı

media-hightechnic-468x90

Yasamalda kafenin həyətindəki ağacların dibi betonlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 19 ünvanında fəaliyyət göstərən “Yasamal küləyi” adlanan kafenin həyətində ağacların dibinin betonlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb:

“Ağacların dibinin betondan təmizlənməsi məqsədilə kafenin icarədarı Abuzər Həsənova məcburi göstəriş verilib. Ağacların dibi təmizlənib və onlara aqrotexniki qulluq göstərilib”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa