Yaşlı kişiləri maşın vurub öldürdü

media-hightechnic-468x90

Ağdaşda və Gəncədə ölümlə nəticələnən yol qəzası olub.

Yenicag.az xəbər verir ki, Ağdaşın Ləki kəndində 26 yaşlı Hüseynov Ruslan İslam oğlu idarə etdiyi “Mercedes-Benz Vito” markalı avtomobillə yolu keçmək istəyən piyada 60 yaşlı Həşimov Əmralı Xurşud oğlunu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Həmçinin Gəncə şəhər 28 May küçəsində 25 yaşlı Allahverdiyev Şəmil Şöhrət oğlu idarə etdiyi “BMW-320D” markalı avtomobillə piyada, 75 yaşlı Yusubov Həmzə İsa oğlunu vurub. Yaralı yerləşdirildiyi Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.

Hər iki faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600