Yaşlı qadın ağacdan yıxılaraq öldü

media-hightechnic-468x90

oZaqatalada armud ağacına çıxan 74 yaşlı qadın yıxılaraq ölüb.

Rayon polis şöbəsindən verilən məlumata görə, hadisə iyulun 12-də Zaqatala rayonunun Əliabad kəndində baş verib.

Belə ki, səhər saatlarında 1940-cı il təvəllüdlü Gözəl Vəliyeva armud ağacından yıxılıb. Qadının bütün qabırğaları sınıb və kəllə-beyin travması alıb. Yaşlı qadını xəstəxanaya aparıblar. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, həftənin şənbə günləri Əliabad qəsəbəsində kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilir. Gözəl Vəliyeva da bazarda satmağa armud aparmaq istəyib. QAynana gəlini ilə ağaca çıxıb. Yaşlı qadın ehtiyatsızlıqdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600