!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yeni Baş prokurorun öz sələfindən daha effektli işləməsini gözləyirik” – Elşad Musayev

!Reklam – Yazi

“Bu müddət ərzində müəyyən qədər korrupsionerlər tutulsa da, bunlar əksərən xırda çaplı korrupisonerlər olublar”.

Mayın 1-də Azərbaycanda aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatlarının növbəti mərhələsi həyata keçirildi. Prezident İlham Əliyev Milli Məclisin razılığı ilə Kamran Əliyevin baş prokuror təyin olunması ilə bağlı sərəncam imzaladı. Bu posta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin gətirilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Yeni baş prokuror Milli Məclisin iclasında çıxışı zamanı siyasi, hüquqi islahatların, eləcə də, aparılan kadr islahatlarının ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirdiyini qeyd edib.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında ölkədə həyata keçirilən kadr dəyişiklikləri fonunda yeni Baş prokuror təyinatını dəyərləndirib.

Elşad Musayevin sözlərinə görə, ölkədə gerçkləşdirilən kadr dəyişikliklərinə aparılan ümumi islahatların mühüm tərkib hissəsi kimi yanaşılmalıdır:

“Baş verən bu kadr islahatlarına normal yanaşmaq lazımdır. İllərlə eyni vəzifəni tutan çox sayda məmur var ki, onlar faydalı iş görməməklə yanaşı, yeni çağırışlara da cavab vermirlər.

O səbəbdən, bu islahatlar mühüm əhəmiyyət kəsb edir. Kadr seçimləri müəyyən müzakirələr doğursa da, hər halda, bu dəyişikliklər bir reallıqdır.
Yeni Baş prokurorun təyinatına gəldikdə isə onun buna qədər Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin rəisi olduğunu nəzərə almalıyıq.

Eyni zamanda, onu da deməliyik ki, bu müddət ərzində müəyyən sayda məmur korrupsiya ittihamı ilə həbs edilsə də, onlar əsasən, xırda çaplı fiqurlar olub.
Amma Baş prokuror Kamran Əliyev vəzifəyə hələ yeni təyin olunub və ümid edək ki, sələfi ilə müqayisədə onun fəaliyyəti qat-qat effektli olacaq”

Aqil Bəkir

 

www.yenicag.az

1908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv