!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni müdafiə nazirinin müharibəyə TƏSİRİ: “Döyüş planlamalarında NATO generallarının iştirakı...”

!Reklam – Yazi

“Ukraynada müdafiə nazirinin əvəzlənməsinin müharibənin gedişinə bu və ya başqa formada təsiri müşahidə edilmir”.

Bu fikirləri Rüstəm Umerovun Ukraynada müdafiə naziri postuna gətirilməsinin müharibənin gedişinə mümkün təsirini dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukraynada müdafiə nazirinin yenilənməsi müharibənin gedişinə təsir göstərməyib:

“Əslində, Ukraynada müdafiə nazirinin əvəzlənməsi müharibənin gedişinə hər hansı ciddi təsir göstərmir və göstərəcəyi də bir o qədər gözlənilmir. Əvvəla, ona görə ki, Ukraynanın müdafiə naziri peşəkar hərbçi deyil, sadəcə, nazirliyin fəaliyyətinə rəhbərliyi həyata keçirir. Digər tərəfdən, Amerikada təhsil almış Rüstəm Umerovun bu posta gətirilməsində Ukrayna və NATO generalları arasında yaranmış fikir ayrılıqlarının rol oynaması da qətiyyən istisna deyil.

Eyni zamanda, göründüyü qədər, Ukrayna ordusunun döyüş planlamaları ya birbaşa NATO generalları tərəfindən hazırlanır, ya da ən azı onlarla razılaşdırılaraq təsdiqlənir. Bunun da əsas səbəbi odur ki, Ukrayna ordusunun silah və hərbi texnika ilə təchizatını, eləcə də digər ehtiyaclarını NATO ölkələri həll edir. Belə bir şəraitdə NATO generallarının Ukrayna ordusunun fəaliyyətini tənzimləmələri təbii haldır.

O baxımdan, dediyim kimi, Ukraynada müdafiə nazirinin əvəzlənməsinin müharibənin gedişinə bu və ya başqa formada təsiri müşahidə edilmir. Ukrayna ordusunun əks-hücum kampaniyasının zəif gedişi indi də əsas müzakirə predmetidir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Rusiya müdafiə olunmaq planında ciddi təcrübəyə malikdir və bu amil indi özünü qabarıq göstərməkdədir. Yəni Ukrayna ordusunun NATO silahları ilə döyüşməyinə, hücum kontingentinə NATO hərbçilərinin təlim keçməyinə baxmayaraq, gözlənilən nəticə hələ ki, əldə olunmayıb”.

A.Zeynalov

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv