Yeni nazirlikdən qərar – Öncədən ödəniş sistemi tətbiq olunacaq

media-hightechnic-468x90

2017-ci il martın 1-dən etibarən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi stasionar telefon rabitəsi xidmətləri üçün öncədən ödəniş sistemini tətbiq edəcək.

media-banner_tuq

Bu barədə İstehsalat Birliyindən məlumat verilib.

Məlumata əsasən, telefon rabitəsi üçün abunə haqqını hər ayın 5-dək ödəmək lazımdır. Ödəniş gecikdirilərsə, ayın 6-da telefon xətti birtərəfli qaydada, ayın sonunda isə ikitərəfli qaydada bağlanacaq.

Qeyd edək ki, aylıq abunə haqqı əhali üçün 2,5 manat, korporativ istifadəçilər üçün isə 7 manat təşkil edir.

Xatırladaq ki, bundan əvvəl (2016-cı il sentyabrın 1-dən) dövlət operatoru internet və IP-TV xidmətlərinə görə də öncədən ödəniş sistemini tətbiq edib.

Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05