Trampdın bəyanatı qlobal bazarları alt-üst etdi: Neft bahalaşdı, qızıl kəskin ucuzlaşdı

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trampın “İranla atəşkəs bitdi” bəyanatı qlobal maliyyə bazarlarında kəskin dalğalanmaya səbəb olub. Sözügedən açıqlamadan dərhal sonra qızılın qiyməti sürətlə geriləyib, qara qızıl isə bahalaşmağa başlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, NATO sammitində iştirak etmək üçün Ankarada səfərdə olan Ağ Ev rəhbəri mətbuat konfransı zamanı regional gərginliklə bağlı mühüm bəyanat səsləndirib. Jurnalistin sualını cavablandıran D.Tramp, “Məncə, İranla atəşkəs bitdi. Onlar yalançıdırlar”, – deyə vurğulayıb.

ABŞ liderinin bu çıxışına birjaların reaksiyası gecikməyib. Belə ki, bəyanatdan əvvəl günə 75 dollar səviyyəsində başlayan “Brent” markalı neftin bir barreli sürətlə 78 dollar həddinə qədər yüksəlib. Əksinə, investorların riskli aktivlərdən çəkilməsi fonunda qızılın bir unsiyası 4130 dollardan 4054 dollar səviyyəsinə enib. Beləliklə, qiymətli metalın dəyərində bir neçə saat ərzində 70 dollardan çox ucuzlaşma qeydə alınıb.

Hazırda qlobal maliyyə strukturlarının diqqəti Vaşinqton-Tehran xəttində yaşana biləcək növbəti hərbi-siyasi proseslərə yönəlib. Ekspertlər xəbərdarlıq edirlər ki, enerji tədarükünə birbaşa təsir göstərə biləcək risklər yaxın günlərdə neft bazarında oynaklığı daha da artıra bilər. Bu isə birja iştirakçılarının “təhlükəsiz liman” hesab olunan aktivlərlə riskli maliyyə alətləri arasında daha sürətli mövqe dəyişikliyi etməsinə rəvac verəcək.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05