Azərbaycandan Rumıniyaya ixrac olunan neftin həcmi məlum oldu

media-hightechnic-468x90

Cari ilin yanvar-may aylarında Azərbaycanın Rumıniyaya neft ixracının həcmi açıqlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Azərbaycanın Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarət gömrük statistikasına əsasən, yanvar-may aylarında Azərbaycandan Rumıniyaya 247,8 milyon ABŞ dolları dəyərində 461,3 min ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac edilib.

Komitənin məlumatına görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə 129,3 milyon ABŞ dolları və ya 34,3 faiz, həcm baxımından isə 222,4 min ton və ya 32,5 faiz azdır.

Qeyd olunur ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan Rumıniyaya 377,1 milyon ABŞ dolları dəyərində 683,7 min ton bitumlu süxurlardan əldə olunan neft və neft məhsulları ixrac olunmuşdu.

Nəzərə çatdıraq ki, cari ilin yanvar-may aylarında Azərbaycandan dünyanın digər ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 8,828 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.

Cari ilin yanvar-may aylarında Azərbaycan neftinin əsas idxalçıları sırasında ilk üçlükdə İtaliya (5,339 milyon ton, 3,021 milyard ABŞ dolları) qərarlaşıb. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) yer alıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05