Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub

media-hightechnic-468x90

Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub.

“Report”un əldə etdiyi məlumata əsasən, bu vəzifə Tuncay Bağırova həvalə edilib.

Qeyd edək ki, Tuncay Bağırov 1993-cü ildə anadan olub. O, 2009-2011-ci illərdə Böyük Britaniyanın “St. Clare’s Oxford” məktəbində təhsil alıb. 2011-2015-ci illərdə Heriot-Vatt Universitetində İqtisadiyyat və Maliyyə ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib.

Tuncay Bağırov 2015-2017-ci illərdə Böyük Britaniyada müxtəlif şirkətlərdə investisiya mütəxəssisi kimi fəaliyyət göstərib. O, 2020-2021-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Strateji inkişaf və iqtisadi təhlil şöbəsində baş mütəxəssis kimi çalışıb.

Tuncay Bağırov 2022-ci ildən son təyinatadək “Azərkosmos” ASC-də İnnovasiyalar departamentinin direktoru vəzifəsini icra edib.

Qeyd edək ki, Milli Süni İntellekt Mərkəzi “AZCON Holding” şirkətinə daxildir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa