!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeniyetmələrin davranış FORMASI: Valideynlərə vacib TÖVSİYƏLƏR

!Reklam – Yazi

Hər yaş dönəmi kimi, yeniyetməlik dövrünün də özünəməxsus xüsusiyyətləri var. Yeniyetməlik dövründə uşaqların maraq dairəsi, sosial çevrəsi dəyişir və bütün bunlar da təbii ki, onların psixologiyalarına təsir göstərir.

Bu mövzudan danışan valideynlər, “Övladım yeniyetməlik dönəmindədir, ünsiyyətdən qaçır və tənhalığa qapılıb. Narahat oluram, bu məsələdə çıxış yolu necədir?” və ya “Övladım əvvəllər bizimlə vaxt keçirərdi, son vaxtlar hər kəsdən uzaqlaşır. Bunun səbəbi nədir və onda hansı psixoloji proseslər baş verir?” tipli suallar ünvanlayırlar.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, dövr dəyişdikcə yeniyetmələrin davranış forması və psixologiyası da dəyişir.

“Ümiyyətlə, indiki dövrün yeniyetmələri ilə əvvəlki dövrün yeniyetmələri arasında göylə yer qədər fərq var. Bu bəzi mövqelərdə valideynə söykənən məsələdir. Belə ki, əvvəllər valideynlər uşaqlarına daha böyük qayğı göstərir, onları pis vərdişlərdən uzaq edir və onları çox da sıxışdırmırdılar, – deyə o əlavə edib.

Psixoloq vurğulayıb ki, valideyn himayəsindən kənarda qalan yeniyetmələr özbaşınalıq edərək, müxtəlif pis yollara əl atırlar.

“Valideynlərin bu yolda ən böyük səhvi isə kiçik yaşlarında uşaqlarına smartfon telefon alıb verməlidir. Çünki indiki dövrdə sosial medialar uşaqların psixologiyasında böyük dəyişikliklərə səbəb olur. Kimisi özünü “Tiktok” platformasında özlərini rüsvay edən “tiktokerlər” kimi, kimisi isə efirlərdə özünü “müğənni” adlandıran, əslində, Azərbaycanın musiqi aləminə ləkə olan “sənətkarlar” kimi görmək istəyir”, – deyə psixoloq qeyd edib.

G.Orucova bildirib ki, övladlarını yanlış istiqamətə yönləndirən valideynlər özləri də bilmədən onların həyatlarında ciddi yanlış dəyişikliklərə səbəb olurlar.

“Bundan əlavə, uşaqların müxtəlif internet oyunlarından həddindən çox vaxt keçirmələri onlarda psixoloji yorğunluğa səbəb ola bilər. Bu psixoloji yorğunluqlar uşaqlarda müxtəlif əqli qüsurlara yol açır və valideynlərin burada ən böyük səhvi isə o qüsuru ört-basdır etməlidir. Lakin bu tipli uşaqlar üçün xüsusi məktəblər və sağlamlıq mərkəzləri mövcuddur. Əhmədin valideynlərinin taleyini yaşamaq istəməyən valideynlər uşaqlarının qüsurlarını gizlətməyib, onların sağlamlığı üçün əllərindən gələni əsirgəməməlidirlər”, – deyə psixoloq fikirini yekunlaşdırıb.

Mayıl Soltanov

COP29

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv