Türkiyənin məşhur sənətçisi Yıldız Tilbə “Ama Evlisin” mahnısını kimin üçün oxuduğunu illər sonra etiraf edib.
Yenicag.az xəbər verir ki, müğənni bu bəstəni 2002-ci ildə məşhur fotoqraf Ali Eşitməzə olan sevgisindən dolayı yazdığınıqeyd edib. Məşhur sənətçi Ali Eşitməzə qarşı platonik sevgi yaşadığını və hətta bu sevgi səbəbindən xərçəng xəstəliyinə tutulduğunu da deyib.
Həmin mahnının bəstələmisən 13 il ötməsinə baxmayaraq Yildiz Tilbe Ali Eşitməzə qarşı olan sevgisinin zərrə qədər də olsa azalmadığını bildirib. Bu səbəbdən də indiyə kimi evlənmədiyini dilə gətirib.