Doğum günü olan XANƏNDƏ: “Sənətimi mənəviyyatımla bərabər tutmuşam”

media-hightechnic-468x90

“Hər zaman sənətimi mənəviyyatımla bərabər tutmuşam”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış xanəndə Əməkdar artist Cabir Abdullayev deyib.

Doğum gününü qeyd edən sənətkar təəssüratlarını bölüşüb:

“Rəqəmlər gəldi-gedərdi, yaşayırıqsa, demək ki, yaşlanmalıyıq. Əsas olan mənəviyyatdır, nə olursa-olsun, insanın daxili dəyişməməlidir. İl üstünə il gəlir, amma nə qədər yaşa dolsaq da, o saf uşaqlığımız içimizdən boylanır. Sənətdən də öncə insanın şəxsiyyət, dürüstlüyü, mövqeyi, əqidəsi çox önəmlidir. Əgər şəxsiyyət, mənəviyyat itirsə, artıq sənətkarlıq da, səs də sənə kömək edə bilmir, gözdən düşürsən. Hər zaman sənətimi mənəviyyatımla bərabər tutmuşam. Sənətim qədər şəxsiyyətimi də qorumuşam. Doğum günümdə saysız-hesabsız təbriklər aldım. Məni yaşadan da sevənlərimin mənə olan hörməti, diqqəti və sevgisidir. Sənət adamı üçün tamaşaçı sevgisi, tamaşaçı alqışı çox önəmlidir. Buna görə onların hər birinə minnətdarlığımı ifadə edirəm”.

Cəvahir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa