Bahalı avtomobil nömrəsi ilə ACIQ VERDİ: “Özüm də gösərişli xanımam”
Müğənni Kəmalə Nəsibova avtomobilinin nömrəsi ilə qürrələnib.
Yenicag.az xəbər verir ki,”Öz aramızda” verilişində o, sənətdən çox, insanların sürdüyü maşın, maşın nömrəsi və digər bahalı əşyaları ilə diqqət çəkdiyini bildirib.
Sənətçi bahalı avtomobil nömrəsinin ona hədiyyə olunduğunu deyib:
“Maşınımın nömrəsi göstərişli nömrədir, çünki özüm də göstərişli qadınam. 99 NK 999, yəni Nəsibova Kəmalə… Bu nömrəni mənə hədiyyə ediblər. Sənət oldu-olmadı, geyim, maşın, maşın nömrəsi, mobil nömrəsi çox önəmlidir. Bu, təkcə bizdə deyil, dünyanın hər yerində belədir. Telefon nömrəsi var 50, maşın nömrəsi var, 200 mindir. Bu gözəllikləri Allah bəndələri üçün yaradıb. Avtomobili də, gözəlliyi də, parfümü də… Bu pulu xərcləyəsən gərək.”
Nehru












